EN

Naxçıvan TV-də nə baş verir? – ŞOK FAKTLAR

“Naxçıvan teleradiosunda intizam qaydaları tamamilə pozulub. Teleradionun sədri vəzifəsini müvəqqəti icra edən İlhamə Novruzova kollektivi idarə edə bilmir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Heydər Oğuza ünvanlanan məktubda yayılıb.

Məktubu olduğu kimi təqdim edirik:

“İş o yerə çatıb ki, Naxçıvan teleradiosunda ikili rəhbərlik yaranıb. Onlardan biri dövlətin qurumun sədri vəzifəsini həvalə etdiyi müavin İlhamə Novruzova, digəri isə ona tabe olmayan müavin Xaliq Babayevdir.

Naxçıvan teleradiosunun sədr müavini Xaliq Babayev dünən sədr əvəzi İlhamə Novruzovadan icazə almadan öz xidməti maşını ilə Şahbuz rayonunun Keçili kəndinə gedib. Xidməti avtomobili sürmək hüququ olmamasına baxmayaraq, özü idarə edib. Yanında kimi apardığı bizə məlum olsa da onu açıqlamaq istəmirik. Özünü Naxçıvan teleradiosunun sədri kimi aparan, heç kimi saymayan Xaliq Babayev yolda həm də təlimçi funksiyasını yerinə yetirib. Yəni yanında apardığı adama dövlətin avtomobili ilə sürücülük kursu keçib”.

Mənbə bildirib ki, Xaliq Babayev kurasiya etdiyi sahələrin əməkdaşlarına sədr əvəzini saymamaq barədə tapşırıqlar verib.

O, bəzi əməkdaşları inandırıb ki, yaxın günlərdə TV-yə sədr təyin olunacaq. Deyib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli (el arasında ona Pəncov və ya Perevod İsa da deyirlər) onun ağsaqqalıdır. İsa Həbibbəyli onun sədr təyin edilməsi üçün yuxarı dairələrlə danışıqlar aparıb və razılıq alıb.

Naxçıvan TV-dən gələn daha bir şikayət məktubu isə İlhamə Novruzova ilə bağlıdır

“İzahatlar kraliçası” bizə sözün əsl mənasında qan uddurur” deyə yazan şikayətçi qeyd edib:

“Televiziyanın hazırkı sədr vəzifələrini icra edən İlhamə Novruzova bizə sözün əsl mənasında qan uddurur. Televiziyanın istedadlı gənc əməkdaşlarını sıradan çıxararaq yalnız özünə yaxın bildiyi, yaltaqlıq edən əməkdaşlara efirdə yer verir. Televiziyada işləməyə layiq olmayan kadrları xüsusi seçərək işə gətirir ki, televiziyanı çökdürsün.

O, idarəyə gəldikdən sonra televiziya efir vaxtı artmaq əvəzinə, hətta 1 saat da azalıb. Televiziyada efirə verməyə veriliş tapılmır, bir veriliş bəlkə də 5–10 dəfə təkrar-təkrar efirə verilir.

Novruzova idarədə həmçinin “izahatlar kraliçası” adlandırılır.

Belə ki, bir dəfə bir həmkar dostum bufetdə İlhamə xanıma zarafatla deyib ki, geyindiyi paltarla ayaqqabı uyğun deyil. Otağına çıxan kimi həmin xanımı yanına çağırtdırıb izahat yazdırıb. Belə nümunələri çox çəkmək olar.

İlhamə Novruzova Fuad Nəcəflinin kadrı Günay Malikqızının yaxın rəfiqəsidir. Ona görə də biz dəfələrlə səlahiyyətli nümayəndəliklərə şikayətə getsək də, başımızın altına yastıq qoyub bizi yenidən idarəyə göndəriblər. İdarəyə qayıdan kimi isə İlhamə xanım bizi təhqir edərək deyib ki, “bəyənmirsinizsə, ərizənizi yazın, çıxın gedin”.

Yəqin ki, sizin də İlhamə xanımın pişik sevgisindən xəbəriniz var. Olsun, bu onun şəxsi işidir, biz buna etiraz etmirik. Ancaq bir dəfə idarəyə gətirdiyi pişik studiyada canlı efir gedə-gedə çəkiliş meydançasına daxil oldu. Bu, dövlət televiziyası üçün biabırçı hal idi.

Mən dərhal yanına gedib bu məsələ ilə bağlı iradımı bildirəndə isə mənə dedi ki, “sən kimsən, mənimlə belə danışırsan?”

Elə sözlər işlətdi ki, inanmıram hansısa televiziyanın sədri bu cür danışa”, – deyə məktubda qeyd edilib.

Naxçıvan TV-nin daha bir həmkarı Altunay İsgəndərova da sosial şəbəkə hesabında paylaşım edərək televiziyada baş verənlərlə bağlı yazıb.

Paylaşımı da sizinlə bölüşürük:

Chosen
36
nocomment.az

1Sources