EN

Direktoru cərimələnmiş Xəstəxana “Azərişıq”la müqavilə bağladı

“Naftalan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, müqavilə AZƏRİŞIQ ASC ilə həyata keçirilib. Satınalmanın  dəyəri 71 000 AZN təşkil edir.

Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri Vüqar  Əhmədovdur.

Xatırladaq ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyevdir. Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin yoxlaması zamanı xəstəxanada iki sərnişin lifti və iki su boylerinin qeydiyyatdan keçmədiyi, həmçinin digər texniki nöqsanlar aşkar edilib. Məhkəmə qərarı ilə Samir Allahverdiyev İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirli bilinərək 5 000 manat cərimə edilib. /32gun.az/

Chosen
22
nocomment.az

1Sources