EN

“Doğuş qaş əkdirib” -

Hazırda “Survivor”da iştirak edən tanınmış türkiyəli müğənni, aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş türk mətbuatının diqqət mərkəzinə düşüb. Sənətçinin xarici görünüşündəki dəyişiklik müzakirə mövzusuna çevrilib. Metbuat.az xəbər verir ki, Türkiyənin nüfuzlu "Axşam" qəzeti bu mövzuda geniş məqalə dərc edib. Qəzetin yazdığına görə, Doğuş bir deyil, bir neçə dəfə estetik əməliyyat etdirib. Kosmetoloq Murat Akyol bu mövzuda qəzetə açıqlama verib. O, sənətçinin estetik əməliyyat etdirdiyinə dair xəbərləri təsdiqləyib. Qeyd edib ki, Doğuşun üzünə bir neçə dəfə həkimlər tərəfindən müdaxilə olunub. “Burada təəccüblü heç nə yoxdur. Əməliyyatlar peşəkar həkimlər tərəfindən edilib. İndi müğənninin sifət çizgiləri əvvəlkindən daha baxımlıdı. O, xarizmatik görkəm alıb”, - Murat Akyol deyib.

Mütəxəssis müğənninin burnunu kəsdirdiyini və qaş əkdirdiyini bildirib. O, həkimlərin Doğuşun çənəsinədə müdaxilə etdiklərini açıqlayıb: ”Ard-arda edilən əməliyyatlar, botoks və qaşların qaldırılması sayəsində Doğuş xeyli gəncləşib. Bir müğənni üçün bu çox vacibdir”.

Chosen
53
metbuat.az

1Sources