EN

Yeni zərbəyə başlayırlar, hazır olun! Zelenski həyəcan təbili çaldı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin yeni zərbəyə hazırlaşdığını və ordunun hazır olmalı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yayımladığı video müraciətində kəşfiyyat məlumatlarına istinad edərək açıqlama verib.

Zelenskinin sözlərinə görə, Rusiyanın mümkün yeni hücumu diplomatik danışıqları təhlükə altına qoyur və ABŞ, Avropa və digər tərəfdaşlar bunu aydın şəkildə görməlidir. O, həmçinin sülh naminə güc tətbiq etməməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Kreml daha əvvəl Rusiyanın Ukrayna ilə danışıqlara açıq olduğunu bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə Zelenskini sülh prosesini pozmağa çalışmaqda ittiham edib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
globalinfo.az

1Sources