EN

Məhəmməd bin Salman Məsud Pezeşkyana söz verdi: icazə verməyəcəyik!

Səudiyyə Ərəbistan şahzadəsi Məhəmməd bin Salman İran prezidenti Məsud Pezeşkyanla telefon danışığı aparıb və Ər-Riyadın öz ərazisinin Tehrana qarşı hərbi təcavüz üçün istifadəsinə icazə verməyəcəyini bildirib.

Söhbət zamanı o, Krallığın İran İslam Respublikasının suverenliyinə hörmətlə bağlı mövqeyini və öz hava məkanının və ya ərazisinin İrana qarşı hər hansı hərbi əməliyyat üçün istifadəsinə icazə verməyəcəyini bir daha təsdiqləyib.

İran prezidenti Tehranın istənilən sülh prosesini alqışladığını qeyd edib. “İran həmişə millətin və ölkənin hüquqlarını tam qoruyaraq və hörmət edərək beynəlxalq hüquq çərçivəsində sülhə, əmin-amanlığa və münaqişələrin və müharibələrin qarşısının alınmasına aparan istənilən prosesi alqışlamağa hazır olub və hazırdır” – Pezeşkyan deyib. Vəliəhd şahzadə Tehrana qarşı hər hansı bir təcavüzün və ya təhdidin qəbuledilməz olduğunu vurğulayıb və bildirib ki, Səudiyyə Ərəbistanı regionda davamlı sülhün bərqərar olması üçün İranla mümkün olan hər hansı bir şəkildə əməkdaşlığa hazırdır.

//Samir Qurbanov, Editor.az

Chosen
77
editor.az

1Sources