EN

“PAL Cooling Holding” və Ərəb Enerji Fondu haqqında daha ətraflı məlumat əlavədə diqqətinizə çatdırılır

“PAL Cooling Holding” və Ərəb Enerji Fondu haqqında daha ətraflı məlumat əlavədə diqqətinizə çatdırılır

“PAL Cooling Holding” haqqında 

  • PAL Cooling Holding Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma (district cooling) xidmətləri üzrə 2-ci ən böyük operatordur.
  • Şirkət 25 il müddətinə bağlanmış 8 uzunmüddətli konsessiya müqaviləsi əsasında fəaliyyət göstərir.
  • 45 mindən artıq müştəriyə xidmət göstərir.
  • Uzunmüddətli müqavilələr çərçivəsində 600 min ton soyutma gücü təmin edir.
  • Hazırda 5 müasir mərkəzi soyutma zavodu fəaliyyət göstərir, 1 zavod tikilməkdə, 3 zavod isə planlaşdırma mərhələsindədir.
  • Gələcəkdə mərkəzi soyutma zavodlarının sayının 9-a çatdırılması planlaşdırılır.

 

Dayanıqlılıq və ESG 

  • Mərkəzləşdirilmiş soyutma sistemləri ənənəvi soyutma sistemləri ilə müqayisədə 40–50% daha az enerji sərfiyyatı ilə fəaliyyət göstərir.
  • İstifadəçilər üçün mərkəzləşdirilmiş soyutma sistemləri təxminən 20% daha qənaətcil hesab olunur.
  • Soyudulmuş suyun saxlanması imkanları sayəsində istehsal olunan soyutma gücünün təxminən 25%-ə qədəri ehtiyatda saxlanıla bilir. Bu mexanizm soyutmanın pik olmayan saatlarda istehsal olunmasına və pik tələbat dövrlərində istifadəsinə şərait yaradaraq enerji səmərəliliyini artırır.
  • Layihələr BƏƏ-nin 2050-ci ilə qədər karbon neytrallığına (net-zero) nail olmaq strategiyasına töhfə verir.

 

Ərəb Enerji Fondu haqqında 

  • Fondun əsas səhmdarları neft ixrac edən 10 ərəb ölkəsidir.
  • Fond 35-dən çox bazarda fəaliyyət göstərir və enerji dəyər zənciri üzrə dövlət və özəl sektor tərəfdaşları üçün kompleks maliyyələşdirmə həlləri təqdim edir.
  • Regionda enerji təhlükəsizliyi, infrastrukturun modernləşdirilməsi və yaşıl keçid layihələrinin əsas maliyyələşdiricilərindən biridir.
  • Fond təxminən 12 milyard ABŞ dolları həcmində aktivləri idarə edir.
  • Ətraf mühit və sosial yönümlü layihələr Fondun 5,8 milyard ABŞ dolları həcmində kredit portfelinin təxminən 20%-ni təşkil edir.

Chosen
62
azia.az

1Sources