EN

Azərpoçtun əməkdaşı qəzaya düşdü – FOTO

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Azərpoçta məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
23
nocomment.az

1Sources