EN

Şirkət rəhbərinə borca görə stop qoyuldu

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Təmir və tikinti şirkəti "EFE Holding" Məhdud Məhsuliyyətli Cəmiyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, "EFE Holding"in qanuni təmsilçisi Quliyev Vəli Əliosman oğlunun rəhbərlik etdiyi şirkətlərə görə dövlət büdcəsində 42508,46 manat vergi borcu olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sahibkarla bağlı məhkəməyə müraciət edilib. 

Məhkəmənin qərarı ilə borcun ödənilməsini təmin edilənə qədər Vəli Quliyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
qaynarinfo.az

3Sources