Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı detalların ictimai şəkildə müzakirə olunmasının danışıqlar prosesinə mənfi təsir göstərdiyini bildirib.
“Danışıqlar zamanı ayrı-ayrı məqamları açıq şəkildə müzakirə etmək danışıqların gedişinə zərər vurur”, — deyə Peskov qeyd edib.
O, həmçinin Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşün 1 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərində planlaşdırıldığını təsdiqləyib.
Daha əvvəl Kremlin nümayəndələri Ukrayna üzrə nizamlanma çərçivəsində çətin mövzuların müzakirəsinə başlanmasını irəliləyiş kimi qiymətləndirmişdilər.