EN

Gürcüstanda azərbaycanlı qız həyatını itirdi

Gürcüstanda azərbaycanlı qız yol qəzasında həlak olub.

Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Qardabani rayonunda baş verib.
 

Məlumata görə, ötən gün Qardabani rayonunda 1992-ci il təvəllüdlü M.M. adlı şəxs alkoqollu içkinin təsiri altında idarə etdiyi avtomobillə 2007-ci il təvəllüdlü Aidə Qurbanovanı vurub. Aldığı xəsarətlərdən gənc qız hadisə yerində ölüb.


Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünü yol qəzasından sonra “isti izlər”lə saxlayıblar.

Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bizim.Media

Chosen
20
3
bizim.media

10Sources