ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 yanvar, AZƏRTAC
Özümə inamım tam idi. Bilirdim ki, bu çəkidə Azərbaycan boksunda ən güclü idmançıyam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə böyüklər arasında Azərbaycan çempionu olan boksçu Nicat Hüseynov deyib.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı final görüşünün çətin keçdiyini bildirib: “Finalda ən yaxın dostum, komanda yoldaşımla üz-üzə gəldim. Onu məğlub etdiyimə görə məyusam. İstəməzdim ki, uduzsun”.
Beynəlxalq turnirlərdə iştirak hüququ qazanan boksçu ölkəni layiqincə təmsil edəcəyini söyləyib: “Ümid edirəm ki, vacib turnirlərə yaxşı hazırlaşıb, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam və Olimpiada qızılına doğru irəliləyəcəyəm”.
Qeyd edək ki, yeddi gün davam edən çempionatda 31 komandadan 170-dək boksçu mübarizə aparıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.