Ötən il Azərbaycanda mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ölkə.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, 2020-ci ilin noyabr ayından hazırk; vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub:
"Onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb".