EN

İran XİN: ABŞ-la danışıqlar müharibəyə hazırlığı azaltmayacaq

İran

İranın ABŞ-la danışıqlarda iştirakı Tehranın mümkün müharibəyə hazırlıq səviyyəsini azaltmasına səbəb olmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qarib-Abadi "RIA Novosti" agentliyinə bildirib.

“Əgər ABŞ danışıqlarda (İranla) iştirak etsə, bu, İranın müharibəyə hazırlığını azaltması demək deyil”, — deyə o vurğulayıb.

İranlı diplomat xatırladıb ki, 2025-ci ilin yayında ABŞ ölkələr arasında danışıqlar getdiyi dövrdə belə İrana hücum edib. Qarib-Abadi Vaşinqtonu xəbərdar edib ki, qüvvələrin regiona cəmlənməsi yolu ilə təzyiq göstərmək gözlənilən nəticəni verməyəcək.

Bundan əlavə, XİN müavini qeyd edib ki, respublikanın əsas prioriteti ABŞ-la danışıqlar yox, “200 faiz” müharibəyə hazırlıqdır.

Məryəm Quliyeva

Chosen
13
1
xalqcebhesi.az

2Sources