Bütün diqqÉ™tini Çempionlar Liqasındakı çıxışlarına yönÉ™ldÉ™n "QarabaÄŸ" bunun acısını Misli Premyer Liqasında çəkir. Avropanın aparıcı futbol turnirindÉ™ tarix yazan komanda, daxili çempionatda liderliyini itirib, "Sabah"dan 4 xal geri düşüb.Â
Problem ondadır ki, ÇL-də oynayan əsas heyət üzvləri tapşırığın öhdəsindən gəldiyi halda, ikinci heyət bizim liqada uğursuz çıxış edir. Burada ortaya sual çıxır ki, Qurban Qurbanovun əsas heyət üzvlərini həm ÇL-də, həm də Premyer Liqada istifadə eləyə bilməməsi nədən qaynaqlanır.
Bu mövzuda Cavid Hüseynovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən mütəxəssis bunu bir neçə səbəblə əlaqələndirdi:
"YÉ™qin ki, Qurban Qurbanovu hal-hazırda düşündürÉ™n É™sas mÉ™sÉ™lÉ™ zÉ™dÉ™ ehtimalıdır. YÉ™ni, É™sas heyÉ™t üzvlÉ™rinin Premyer Liqada zÉ™dÉ™ almasından sığortalanır. DigÉ™r sÉ™bÉ™b "QarabaÄŸ"ın É™sas heyÉ™t üzvlÉ™rinin hÉ™r üç gündÉ™n bir oynayacaq gücdÉ™ olmamasıdır. Bu, yorÄŸunluÄŸa, zÉ™dÉ™lÉ™rÉ™ gÉ™tirib çıxara bilÉ™r.Â
Sual yarana bilər ki, bəs, Avropanın aparıcı klublarında necə olur ki, futbolçular bir neçə turnirdə çıxış edə bilirlər... Məsələ burasındadır ki, qabaqcıl futbol ölkələrində oyunçular buna gənc yaşlardan uyğunlaşırlar. Ona görə də, onlar davamlı olaraq belə sürət və yükləmə altında oynamağa alışıblar. "Qarabağ"a gələn legionerlərə baxsaq, onlar da olduqları klublarda belə rejimdə çıxış etməyiblər. Yəni, onlar üçün də belə qrafik ağır gəlir".
saytlarin hazirlanmasi