EN

Fransada dövlət qulluqçularının “Zoom”dan istifadəsi qadağan ediləcək

Bakı. Trend:

Fransa hökuməti dövlət qulluqçularının ABŞ-a məxsusvideokonfrans platformalarından, o cümlədən “Zoom”, “MicrosoftTeams” və “Google Meet”dən istifadə etməsini qadağan etməyiplanlaşdırır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə “Politico”ya Fransa hökumətininnümayəndəsi məlumat verib.

Qəzetin məlumatına görə, yaxın günlərdə məmurları özvideokonfrans xidməti “Visio”dan istifadə etməyə məcbur edəngöstəriş dərc ediləcək. Platforma Fransa şirkəti “Outscale”ininfrastrukturunda fəaliyyət göstərir və artıq dövlət orqanlarınıntəxminən 40 min əməkdaşı tərəfindən istifadə olunur.

Hökumət istifadəçi sayını 250 min nəfərə çatdırmağıplanlaşdırır. Bundan savayı dövlət müəssisələrində və qurumlarındaxarici alternativlərə texniki baxımdan giriş məhdudiyyətininqoyulacağı istisna edilmir.

Xatırladaq ki, bundan əvvəl Fransa dövlət orqanlarında“WhatsApp”dan və “Telegram”dan istifadə məhdudlaşdırılıb və millimessencer olan “Tchap” istifadəyə keçiilib.

Məqalədə:
Chosen
82
az.trend.az

1Sources