EN

ABŞ sülh müqaviləsini Ukraynadan gizlədir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ Ukraynaya bildirib ki, təhlükəsizlik zəmanətlərini almaq üçün Rusiya ilə sülh müqaviləsi imzalamalıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Reuters agentliyinin daxili müzakirələrdən xəbərdar olan mənbəyə istinadən yazıb.

Tramp hakimiyyəti Ukrayna ABŞ təhlükəsizlik zəmanətlərini Rusiyanın Ukraynaya dörd illik işğalına son qoyan istənilən razılaşmanın əsası kimi görür.

Həftəsonu ABŞ Əbu-Dabidə Ukrayna və Rusiya səfirləri arasında danışıqlarda vasitəçilik edib. ABŞ rəsmilərinin sözlərinə görə, bu danışıqlar razılaşmaya doğru irəliləyişə səbəb olub.

“The Financial Times” qəzetinin məlumatına görə, Tramp administrasiyası Ukraynaya açıq şəkildə bildirib ki, təhlükəsizlik zəmanətləri Kiyevin sülh müqaviləsinə razılıq verməsindən asılıdır: “Bu isə çox güman ki, Donbasın Rusiyaya verməsini tələb edəcək”.

Lakin “Reuters” agentliyinə danışan mənbə bildirib ki, ABŞ Ukraynaya sülh müqaviləsində nələrin nəzərdə tutulduğunu demir: “Vaşinqtonun Ukraynanı Rusiyaya ərazi güzəştlərinə məcbur etməyə çalışması iddiası yanlışdır”.

Rusiya və Ukrayna nümayəndələri bazar günü Əbu-Dabidə ABŞ rəsmilərinin iştirakı ilə yenidən görüşəcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü bildirib ki, ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı sənədi "100% hazırdır.  Kiyev hazırda onun imzalanması üçün vaxtı və yeri gözləyir. Zelenski dəfələrlə bildirib ki, müharibəyə son qoymağı hədəfləyən istənilən sülh müqaviləsinin bir hissəsi olaraq Ukraynanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
cebheinfo.az

2Sources