EN

Yeni “Zubr” antidron sisteminin ilk partiyası Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasına daxildir) yeni “Zubr” antidron sisteminin ilk partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, antidron sistemi kritik əhəmiyyətli infrastruktur obyektlərinin yaxın məsafədə pilotsuz uçuş aparatlarından (PUA) mühafizəsi üçün nəzərdə tutulub.

Sistem günün istənilən vaxtında hava hədəflərini, o cümlədən kiçikölçülü pilotsuz uçuş aparatlarını və süzən sursatları aşkar edə bilir.

““Zubr” sistemi bizim “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin mütəxəssisləri tərəfindən yaradılıb. O, dronu müstəqil şəkildə aşkar edir və onu avtomatik müşayiətə götürür. Operatora yalnız qərar qəbul etmək və məhvetmə əmri vermək qalır. Kompleks sınaqlar zamanı kiçikölçülü və yüksək sürətli hədəflərlə mübarizədə yüksək effektivlik nümayiş etdirib”, – deyə “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib.

Dörd modul, idarəetmə məntəqəsi və özünəməxsus radiolokasiya stansiyası ilə təchiz olunun “Zubr” antidron sistemləri artıq infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi məqsədilə döyüş növbətçiliyinə başlayıb.

Chosen
34
poliqon.az

1Sources