EN

7 körpənin ölümü: Məhkəmədə gərgin anlar

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib.

Vəkil bildirib ki, iş üzrə məhkəmə tərkibi dəyişdiyi halda işə yenidən başlamalıdır. Tərkib dəyişildiyi üçün zərərçəkmiş, təqsirləndirilən şəxslər, şahidlər yenidən dindirilsin, işə yenidən baxılsın.

Vəsatət təmin edilməyib.

Hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib. Məhkəmənin yeni tərkibi isə cinayət iş ilə tanışdır.

Daha sonra iş üzrə şahid Aqşin Səmədov ifadə verib.

Şahid qeyd edib ki, işçilərlə tədbirlər keçirilib. Yanğın təhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanı nöqsanlar aşkar edilib, protokol tərtib edilib, bəzən cərimə də tətbiq edilib.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib:

Vəkil örpələrin başqa xəstəxanalara hospitalzasiyasını həyata keçirən tibb personalını məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Chosen
28
nocomment.az

1Sources