Bakı. Trend:
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətininCulfa gömrüyü Araz dəhlizində önəmli rola sahib ola bilər.
Trend-inməlumatına görə, bunu İranın Culfa gömrük idarəsinin müdiri ƏliBisələm yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Araz dəhlizinin istifadəyə verilməsi ilə buistiqamətdə dəmiryolunun da istifadəyə verilməsinə səygöstərilir.
Bisələm bildirib ki, Culfa şəhəri, Culfa Azad Ticarət Zonası vəCulfa gömrüyü Avropa ölkələrindən, Rusiya və Çindən zəruriməhsulların təmin olunmasında ixrac və idxalda əsaslı rola sahibolacaq potensiallara sahibdir.
Gömrük rəsmisi deyib ki, cari İran ilinin 10 ayı ərzində (21mart 2025 -20 mart 2026) Culfa gömrüyü vaitəsi ilə 105 milyondollar dəyərində məhsul ixrac olunub.
Bisələm əlavə edib ki, sözügedən müddətdə Culfa gömrüyününgəliri 67 trilyon rial (təxminən 61,9 milyon dollar) təşkiledib.
Qeyd edək ki, İran Araz dəhlizinə önəmli proyektlərdən biri kimiyanaşır. İranın qənaətincə, Azərbaycanın Şərqi Zəngəzur rayonunuNaxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və İran ərazisindənkeçən Araz Dəhlizi bölgədə iqtisadi inkişafa öz töhfəsiniverəcək.