Bakivaxti saytına istinadən ain.az xəbər verir.
İranda kütləvi etirazlar davam edir, hökumət isə sərt təhlükəsizlik tədbirlərini daha da gücləndirib. Beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması ilə bağlı xəbərdarlıqlar edir.
İran rejimi bu etirazları güc yolu ilə nə qədər müddət nəzarətdə saxlaya bilər? Bu proses bölgədə yeni siyasi gərginliklərə yol aça bilərmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, İranda vəziyyət ağır olaraq qalır. Bəzi məlumatlara görə, öldürülənlərin sayı rəsmi rəqəmlərdən qat-qat artıqdır. 30 minə yaxın insanın öldürüldüyü deyilir. Rejim aşkar olaraq bəyan edib ki, sistemi qorumaq üçün lazım gələrsə İranın yarısını da qırmağa hazırdır.
Politoloqun sözlərinə görə, rejim heç bir islahata getmir, beynəlxalq təşkilatların çağırışlarına əhəmiyyət vermir və əksinə daha da aqressiv bəyanatlarla gərginliyi artırır:
"Görünən odur ki, islahatçı qismində təqdim olunan prezident də rejimin siyasi və ideoloji sisteminə tabe olmağa məcbur edildi. Hazırda İranda əhali hüquqlarının qorunması yox, sağ qalmaq uğrunda mübarizə aparırlar. Bu proses əgər xarici müdaxilə olmasa belə bir belə ay ancaq davam edə bilər. Çünki iqtisadi sistem çöküb, əhalinin təminatı mümkünsüz hala gəlib. Pulun dəyəri gündən günə düşür. Əhalinin sosial, iqtisadi, siyasi narazılığı pik həddədir".
.jpg)
Tural İrfan: İndiyədək öldürülənlər rejimin süqutu üçün kifayətdir
T.İrfana görə, hətta rejim xalqı o qədər əzib ki, nəinki rejimin qalmasına, vaxtilə narazı olub devirdikləri Pəhləvilərin belə geri gəlməsinə də razıdırlar. Müsahibimiz vurğulayıb ki, İran rejimi artıq güc yolu ilə qala bilməz. İndiyədək öldürülənlər rejimin süqutu üçün kifayətdir. Həbs olunanlar edam olunsa, yenidən iğtişaşlar başlayacaq:
"Lakin hələlik ABŞ və İsrailin hərbi müdaxiləsi gözlənilir deyə etirazlar səngiyib. İran rejimi demək olar ki, beynəlxalq hüquqa və çağırışlara qulaq asmaq istəmir. ABŞ-nin hava hücumu, eyni zamanda İranın da İsrailə hücumu gözlənilir. Proseslər onu göstərir ki, danışıqlar və ya sanksiyalar vasitəsi ilə İranda rejimə təsir göstərib müsbət nəyəsə nail olmaq mümkün deyil".
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.