EN

Van Deyk “Liverpul”da qalacaq

“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk klubdan ayrılmayacaq.

Msport.az xəbər verir ki, son vaxtlar “qırmızılar”ın kapitanı oyununda müşahidə olunan enişə görə tənqid edilsə də, klubda təcrübəli niderlandlıya inam hələ də qorunur.

“Liverpul” bütün söz-söhbətlərə baxmayaraq, 34 yaşlı futbolçu ilə bağlı transfer təkliflərini nəzərdən keçirməyəcək. Vircil van Deykin mersisaydlılarla müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə oyunçu Arne Slotun rəhbərlik etdiyi kollektivin heyətində bütün turnirlərdə 32 matça çıxıb və hesabına 2 qol yazdırıb.

Chosen
5
2
msport.az

3Sources