EN

Qızlın qiyməti 5 300 dolları ötüb - REKORD - YENİLƏNİB

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiyməti 5 300 ABŞ dollarını keçərək tarixi maksimumunu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:1-da 3,61% artaraq 5 305,56 dollarına bərabər olub.

***

08.41

Əmtəə bazarlarında qızıl və gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixi maksimumunu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,96% artaraq 5 272,11 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 8,89% artaraq 115,375 ABŞ dolları olub.

Chosen
99
16
apa.az

10Sources