EN

Məktəblərdə uşaqların döyülməsi ilə bağlı yeni QADAĞA

Bakı. Trend:

Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığın hər hansıformasının tətbiqi qadağan ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, təhsilverənlər uşaqları fiziki və psixizorakılığın bütün formalarından qorumalı, onları zərərlivərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmətetməlidirlər.

Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşızorakılığın hər hansı formasının tətbiqi qadağan ediləcək.

Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının,riskli davranışın və zərərli vərdişlərə aludəlik meyllərininqarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqlarınsosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlərgörüləcək və sağlam həyat tərzini təbliğ edən layihələr həyatakeçiriləcək.

Chosen
13
6
az.trend.az

4Sources