"Çempionlar Liqasında yaxşı vəziyyətdəyik.
"Qarabağ"a qalib gəlsək, 1/8 finala vəsiqə qazanacağıq".
Sportinfo.az xəbər verir ki, bunu "Liverpul"un futbolçusu Ceremi Frimponq evdə "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqası oyunundan öncə deyib.
"Qələbə üçün əlimizdən gələni edəcəyik. Komanda yoldaşlarımla birlikdə bütün diqqətimiz "Qarabağ"la oyunadır.
Ötən il "Bayer Leverkuzen"də çıxış edərkən "Qarabağ"a qarşı oynamışam. Həmin oyunlar çox çətin keçmişdi. 0:2 və ya 0:3 hesabı ilə uduzurduq, amma sonda qələbə qazanmağı bacarmışdıq.
Ona görə də "Qarabağ"ın nə qədər güclü olduğunu bilirəm. Onlar əsl Çempionlar Liqası komandası səviyyəsindədirlər. Bizim üçün asan matç olmayacaq", - deyə Frimponq bildirib.
"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.