EN

2030-cu ilədək bu ərazilərdə 25 dəmir yolu stansiyası istifadəyə veriləcək - RƏSMİ

Bakı.Trend:

2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan, 2026–2028-ci illərdəBakıxanov–Binə–Qala, 2028–2030-cu illərdə isə Zabrat–Maştağa–Bağlardəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcudstansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdətutulur.

Trend xəbərverir ki, bu barədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunan dəyirmimasada çərçivəsində məlumat verilib.

Bildirilir ki, 2025-ci ildə adıçəkilən dəmir yolu xətləri üzrəyol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinəbaşlanılıb.

“Layihələndirmə işlərinin bəziləri tamamlanıb. Bundan başqa,bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrəoptimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerlərimüəyyən olunub. Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlarstansiyaları daxil olmaqla 7, Bakıxanov–Binə–Qala xəttində Binə vəQala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttindəisə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır.Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək”.

Əlavə edilib ki, Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaqverilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarınınyaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davametdirilir.

Məqalədə:
Chosen
69
11
az.trend.az

10Sources