ABŞ Prezidenti Donald Tramp İraqın Nuri əl-Malikini yenidən baş nazir postuna gətirməyə hazırlaşmasını ciddi səhv kimi dəyərləndirib.
Tramp bu fikirləri “Truth” sosial şəbəkəsində paylaşıb.
O xatırladıb ki, Maliki hakimiyyətdə olduğu dövrdə İraq dərin yoxsulluq və tam xaosla üz-üzə qalıb və belə bir vəziyyətin təkrar yaşanmasına yol verilməməlidir.
Tramp vurğulayıb ki, Maliki yenidən seçilərsə, onun qəbuledilməz siyasəti və ideoloji yanaşmaları səbəbindən ABŞ İraqa dəstəyini dayandıracaq.
“Amerikanın köməyi olmadan İraqın uğur qazanmaq, inkişaf etmək və azad olmaq şansı demək olar ki, mövcud olmayacaq”, - deyə o qeyd edib.
"Cebheinfo.az"