EN

AQTA sədri Şamaxıda vətəndaşları bu tarixdə qəbul edəcək

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 27-si saat 10:00-da Agentliyin Dağlıq Şirvan regional bölməsinin inzibati binasında (Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi 20) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

"Unikal" xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 26-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
89
3
unikal.az

10Sources