EN

Həlak olanların sayı 5 ə çatdı Zelenski Xarkovda dronla vurulan qatardan danışdı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Xarkov vilayətində sərnişin qatarına Rusiyanın dron zərbəsindən 5 nəfər həlak olub.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski qatarın vurulması nəticəsində ilkin olaraq dörd nəfərin həlak olduğunu, daha dörd nəfərin axtarıldığını, iki nəfərin yaralandığını bildirib. Dronlarından birinin düşdüyü vaqonda 18 nəfər olub. Zelenski qatarda ümumilikdə 200-dən çox insanın olduğunu yazıb.

Xarkov vilayət Prokurorluğunun məlumatına görə, iki dron qatarın yaxınlığında partlayıb, daha biri isə birbaşa vaqona düşüb.

Ukrayna Baş nazirinin müavini Aleksiy Kuleba isə sosial şəbəkələrdə yazıb ki, "Şahed" tipli üç dron "Barvenkovo-Lvov-Çop" marşrutu ilə hərəkət edən qatara hücum edib. Kulebanın sözlərinə görə, dronlar teplovozun önünə və sərnişin vaqonuna düşüb, vaqonda yanğın başlayıb.

Kuleba sərnişin qatarına zərbəni "Rusiyanın mülki əhaliyə birbaşa terror aktı" adlandırıb. Rusiya hakimiyyəti isə indiyədək oxşar ittihamları rədd edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
azpolitika.info

1Sources