EN

Həbsxana nəzarətçisi həbs olundu- Məhkumlarla...

Böyük Britaniyada həbsxana əməkdaşı olan bir qadın məhbuslarla intim münasibətdə olduğuna görə məhkəmə hökmü ilə azadlıqdan məhrum edilib. AzPost xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İş üzrə təqsirləndirilən şəxs 23 yaşlı nəzarətçi İzabel Deyl olub. İstintaqın müəyyənləşdirdiyinə görə, o, soyğunçuluqda iştirak etdiyinə görə cəza çəkən 33 yaşlı Şahid Şərif, həmçinin yol-nəqliyyat hadisəsi nəticəsində tanışının ölümünə səbəb olduğu üçün məhkum edilmiş 28 yaşlı Konnor Mani ilə eyni vaxtda münasibət saxlayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Deyl və Şərif islah müəssisəsinin ərazisində, o cümlədən dua otağında intim əlaqədə olublar. Bundan başqa, nəzarətçi məhbusun maraqları naminə qanunsuz fəaliyyətlərdə də iştirak edib — o, həbsxanaya narkotik maddələrin və mobil telefonun keçirilməsinə kömək göstərib.

Məhkəmənin qərarına əsasən, bu qaçaqmalçılıq sxemində Deylə 27 yaşlı digər həbsxana əməkdaşı Lileya Sallis də yardım edib.

Məhkəmə hökmü ilə İzabel Deyl 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lileya Sallisə 2 il 6 ay həbs cəzası verilib. Şahid Şərifin isə mövcud cəza müddəti əlavə olaraq 2 il 3 ay artırılıb.

AzPost.az

Chosen
21
1
azpost.info

2Sources