EN

"Qarabağ"ın heyətində qol vurmağı bacaran sürətli futbolçular var"

"Qarabağ"ın heyətində qol vurmağı bacaran sürətli futbolçular var".

Sportinfo.az xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Arne Slot deyib.

Mütəxəssis evdə "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər.

"Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil.

Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur.

Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub".

"Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Chosen
14
sportinfo.az

1Sources