EN

Dəm qazı yenə CAN ALDI

Sumqayıtda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır./Report.az

Chosen
66
5
bakivaxti.az

5Sources