EN

Kaliforniyada hərbi bazaya qanunsuz daxil olan iki Rusiya vətəndaşı saxlanılıb

ABŞ hakimiyyəti rusiyalı qadınların deportasiya mərkəzində saxlanıldığını bildirir...

Poliqon xəbər verir ki, ABŞ hakimiyyəti Kaliforniya ştatında yerləşən hərbi bazanın ərazisinə qanunsuz daxil olmaqda ittiham edilən iki Rusiya vətəndaşını saxlayıb. Hazırda qadınlar deportasiya mərkəzində yerləşdirilib və onların Rusiyaya geri göndərilməsi məsələsi üzrə qərar gözlənilir. Bu barədə TASS Agentliyinə Rusiyanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər repatriasiya məsələsi həll olunana qədər müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır. Rusiya səfirliyinin açıqlamasında bildirilib ki, Vaşinqtondakı səfirliyin konsulluq şöbəsinin əməkdaşları ABŞ immiqrasiya orqanları ilə daimi əlaqə saxlayır, baş verənlərin detalları araşdırılır və qadınların hüquqlarına tam şəkildə riayət olunması tələb edilir.

Eyni zamanda qeyd olunub ki, ABŞ Dövlət Departamenti hələlik rusiyalı qadınların saxlanılması ilə bağlı rəsmi qaydada Rusiya tərəfini məlumatlandırmayıb. Səfirlik bu məsələ ilə əlaqədar ABŞ tərəfinə müvafiq diplomatik nota göndərildiyini də açıqlayıb.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources