"Qarabağ"ın futbolçusu Marko Yankoviç mükafatlandırılıb.
Milli.Az xÉ™bÉ™r verir ki, futbolçunun doÄŸma ölkÉ™si Monteneqronun Çetinye ÅŸÉ™hÉ™rindÉ™ 2025-ci ilin idman yekunlarına hÉ™sr olunmuÅŸ tÉ™ntÉ™nÉ™li mükafatlandırma mÉ™rasimi keçirilib.Â
Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də diqqətdən kənarda qalmayıb. Təcrübəli futbolçu ölkə sərhədlərindən kənardakı uğurlu peşəkar karyerası və göstərdiyi yüksək nəticələrə görə təltif olunub.
Futbolçu sosial media hesabında bu barədə paylaşım edərək göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və qazandığı bu mükafatı karyerasının ilk addımlarında ona dəstək olan məşqçilərinə və ailəsinə həsr etdiyini yazıb.
Qeyd edək ki, Marko Yankoviç Monteneqro millisinin üzvüdür və 2022-ci ilin yayından etibarən "Qarabağ"ın formasını geyinir. (qol.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar: