ABŞ prezidenti Kristi Noemin postunu tərk etməyəcəyini bildirib…
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Kristi Noemin mümkün istefası ilə bağlı yayılan müzakirələrə münasibət bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən Noemin vəzifəsindən getməyəcəyini açıq şəkildə bəyan edib.
Sky News nelekanalının məlumatına görə, Donald Tramp administrasiyada kadr dəyişiklikləri ilə bağlı yayılan iddiaları əsassız adlandırıb və Kristi Noemin fəaliyyətindən razı olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, nazir hazırda üzərinə düşən vəzifələri yerinə yetirir və onun istefası gündəmdə deyil.
Qeyd edək ki, son günlər ABŞ mediasında Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyəti və rəhbərliyi ətrafında müxtəlif şayiələr yayılmışdı. Trampın bu açıqlaması həmin iddialara rəsmi cavab kimi dəyərləndirilir və administrasiyanın mövqeyini aydın şəkildə ortaya qoyur.
Poliqon.info