ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurma gözləntiləri fonunda gərginliyi azaldan açıqlama verib.
AzPost bildirir ki, o, bu barədə Yaxın Şərqə silahlı qüvvələrin yerləşdirilməsi barədə danışarkən vurğulayıb.
“İran razılığa gəlməyə hazırdır. Ümid edirəm ki, onlardan istifadə etmək məcburiyyətində qalmayacağıq”, – deyə Tramp bildirib.
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Axios-a verdiyi müsahibədə İran ətrafındakı vəziyyəti “qeyri-sabit” adlandırıb. O, eyni zamanda ABŞ-ın hərbi imkanlarını vurğulayıb və Tehrana qarşı sərt bəyanat verib. Tramp mümkün əməliyyatın təfərrüatlarını açıqlamadan ABŞ Hərbi Dəniz Qüvvələrinin “İranı saatlar ərzində məhv edə biləcəyini” bildirib və hələlik yekun qərarların verilmədiyini qeyd edib.
USS Lincoln təyyarədaşıyan gəmisi hazırda Hind okeanındadır və əmri aldıqdan sonra bir-iki gün ərzində əməliyyata başlaya bilər. Bundan əlavə, ABŞ digər mövqelərdən zərbələr endirə bilər. Amerika qırıcı təyyarələri artıq Yaxın Şərqdəki bazalarda yerləşdirilib.