Uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) çirklənmə dərinləşir və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yaranıb.
Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən iclasda deyib.
Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycanda mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini qeyd edib.