“Turan Tovuz”dan ayrılan futbolçu karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Abdulla Rzayevdən gedir. Müdafiəçi “Şamaxı” ilə danışıq aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Rzayev müqavilə ilə “Sabah”a məxsusdur. O, icarə əsasında “Turan Tovuz”da çıxış edirdi.