EN

Boyalı saçların baxımı üçün vacib məsləhətlər

Boyalı saçlar normal saçlara nisbətən daha çox diqqət tələb edir.

 

Pravda.az bildirir ki, belə saçların uzun müddət sağlam və parlaq qalması üçün bir sıra sadə qaydalara əməl etmək kifayətdir.

 

Ekspertlər tövsiyə edir ki, saçları xlorlu sudan qorumaq, çox tez-tez yumaqdan çəkinmək və rəng qoruyucu şampun və kondisioner istifadə etmək lazımdır. Həmçinin sülfat və parabensiz məhsullar seçmək, isti su yerinə ilıq və ya soyuq su ilə yumaq, vitaminlərlə zəngin qidalanmaq və saçları günəşdən qorumaq faydalıdır.

 

Ev şəraitində hazırlanmış maskalar da boya ilə zədələnmiş saçların bərpasına kömək edə bilər. Saçların havasız qalmasının qarşısını almaq və qırıq ucları mütəmadi kəsmək də sağlamlıq üçün vacib məqamlar arasındadır.

 

Bu qaydalar sayəsində boyalı saçlar həm uzun müddət parlaq qala bilər, həm də daha az zədələnmiş görünür.

 

Əminə Bayramova

Tarix: 27 Yanvar 2026, 17:19   
Chosen
49
pravda.az

1Sources