Vladimir Zelenski bildirib ki, gecə hücumları nəticəsində Odessada regionun enerji sisteminə ciddi ziyan dəyib.
“Zərər böyükdür. Avadanlığı işlək vəziyyətə gətirmək üçün uzun müddətli təmir tələb olunacaq”, — deyə o, Telegram səhifəsində vurğulayıb.
Əvvəlcə Odessanın bir hissəsində elektrik enerjisinin kəsildiyi xəbər verilmişdi.
Ukraynalı enerji holdinqi DTEK Odessadakı obyektlərində ciddi dağıntılar olduğunu açıqlayıb.