ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Sabunçu rayonunda, Zabrat‑Maştağa şossesində (Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısı) yaranmış dərin çuxur sürücülər üçün problem yaradıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə zərərçəkmiş sürücülərdən biri sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ərazidən ilk dəfə keçən sürücülər, həmin çuxura düşürlər və nəticədə avtomobillərinə ciddi maddi ziyan dəyir. Xüsusilə günün qaranlıq saatlarında vəziyyətin təhlükəli hal aldığını vurğulayan sürücü öz avtomobiliylə yanaşı, əlavə bir neçə maşının da çuxura düşərək təkərlərinin partladığını qeyd edib.
O qeyd edib ki, xoşagəlməz mənzərə uzun müddət davam edir, lakin hələ də bununla bağlı heç bir tədbir görülməyib.
Belə vəziyyətlər yalnız maddi ziyanla bitmir, qəfil manevrlər sürücülər üçün qəza riskini də artırır, digər yol iştirakçıları üçün isə əlavə təhlükə yaradır.
Nərmin
Oxunub 38
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.