BAKI, 27 yanvar. TELEQRAF
Fransa Ermənistan-Azərbaycan münasibətlərinin, eləcə də Türkiyə-Ermənistan arasında normallaşma prosesini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Ankarada səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.