Londonda Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupun növbəti iclası keçirilib.
Day.Az xəbər verir ki, iclasda Azərbaycan tərəfindən işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Fariz İsmayılzadə iştirak edib.
Millət vəkili iclasda 4 britaniyalı deputatla görüşüb. Eyni zamanda beyin, tədqiqat və ekspert mərkəzləri ilə müzakirələr baş tutub. Beyin mərkəzləri arasında "Royal United Services Institute" (RUSI) və "The International Institute for Strategic Studies" (IISS) də yer alıb.
Fariz İsmayılzadə bildirib ki, bu, onun işçi qrupun rəhbəri kimi Londona ikinci səfəridir.
Onun sözlərinə görə, uzun fasilədən sonra işçi qrupun fəaliyyəti bərpa olunub.
"Bizim sədrliyimiz və parlamentimizin müəyyən səylərindən sonra buna nail olduq", - deyə deputat bildirib.