EN

Məsud Pezeşkianın sözçüsü internetin kəsilməsinə haqq qazandırdı

"Hökumətin yanaşması azad interneti dəstəkləmədir, lakin təhlükəsizlik məsələlərində hamımız bu qərara tabeyik".

"Yeni Sabah" SNN-ə istinadla xəbər verir ki, bunu Məsud Pezeşkian administrasiyasının sözçüsü Fateme Mohacerani bildirib.

"8-9 yanvar hadisələrindən sonra təhlükəsizlik səlahiyyətlilərinin qərarı ilə milli internet kəsilməli idi. Ən azı bəzi iş adamları və tacirlərə, xüsusən də Ticarət Palatasının üzvü olanlara məlumat mübadiləsi apara bilmələri üçün internetə çıxış imkanı yaradılıb. Əlbəttə, hazırda xüsusi şəraitdəyik", - deyə Mohacerani əlavə edib.

"Cebheinfo.az"

Chosen
46
1
cebheinfo.az

2Sources