EN

ABŞ-də qar fırtınasına görə ölənlərin sayı 34-ə çatdı


Son günlər ABŞ-ni bürüyən qar fırtınası ilə əlaqədar ən azı 34 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “USA Today” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-nin on dörd ştatında ölüm halları qeydə alınıb.
Ən çox ölüm halı Nyu-York ştatında müşahidə olunub. Burada doqquz nəfər ölüb.
Bir çox ştatda yağıntının miqdarı 30 sm-i keçib, bu da nəqliyyatın hərəkətində problemlərin meydana gəlməsinə, uçuşların ləğv edilməsinə və məktəblərin bağlanmasına səbəb olub.
Milli Meteorologiya Xidmətinin məlumatına görə, Pensilvaniya ştatının Pitsburq şəhərinin şimalındakı bəzi ərazilərdə yağıntının miqdarı 50 sm-i keçib.
Digər tərəfdən, ölkə daxilində elektrik fasilələri hələ də davam edir. “PowerOutage.com” saytının məlumatına görə, hazırda təxminən 550 000 insan elektriksiz qalıb və ən çox belə hal Tennessi və Missisipi ştatlarındadır. 
Hakimiyyət orqanları xəbərdarlıq edir ki, elektrik enerjisinin bərpası bir neçə gün davam edə bilər.
Chosen
9
yeniavaz.com

1Sources