Azərbaycanın faktorinq şirkəti "Ferrum Kapital" QSC "Bakı Fond Birjası" QSC-də (BFB) yeni istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Aznews.az xəbər verir ki, Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd, yəni 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital lnvestisiya ýirkati" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.