EN

Çinin hərbi rəhbərliyi nüvə məlumatlarını ABŞ a ötürüb? Səfir susur, XİN iddialardan xəbərsizdir

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

“Çin lideri Si Cinpin yüksək hərbi rəhbərlikdə kadr dəyişikliyindən təkcə korrupsiyaya qarşı mübarizə üçün deyil, həm də silahlı qüvvələrə tam nəzarət üçün istifadə edir”.

Reyting.az xəbər verir ki, bunu ABŞ-nın Çindəki səfiri Devid Perdu deyib.

ABŞ diplomatı Mərkəzi Hərbi Komissiyanın sədr müavini Çjan Yuksiaya qarşı istintaqı “əhəmiyyətli bir inkişaf” adlandırıb.

Xatırladaq ki, Çin hakimiyyəti yüksək vəzifəli məmurun təfərrüatları açıqlamadan “ciddi intizam və qanun pozuntuları” şübhəsi ilə fəaliyyətinin araşdırıldığını bildirmişdi.

“Mən Çin liderinin sözlərinə inanıram ki, hazırda korrupsiyaya qarşı mübarizə aparılır, orduda onilliklərdir davam edən korrupsiyanı düzəltməyə çalışır”, - deyə səfir qeyd edib: “Digər tərəfdən, düşünürəm ki, o, ordusu üzərində tam nəzarətə əmin olur”.

D. Perdu “The Wall Street Journal” qəzetinin Çjan Yuksinin Çinin nüvə proqramı ilə bağlı gizli məlumatları ABŞ-a ötürməsi iddiası ilə bağlı məlumata birbaşa şərh verməyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə bu iddialarla tanış olmadığını bildirib.

Onu da qeyd edək ki, Birləşmiş Qərargah rəisi Liu Zhenlinin də iştirak etdiyi bir sıra araşdırmalardan sonra Çinin yeddi üzvdən ibarət Mərkəzi Hərbi Komissiyasında yalnız iki üzvün öz postunu qoruduğu bildirilir.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
reyting.az

1Sources