EN

“Liverpul Qarabağ”la matça ciddi itikilərlə çıxır Bu oyunçulardan faydalana bilməyəcək

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul” bu oyuna ciddi heyət problemləri ilə çıxacaq.

İngiltərə klubu müxtəlif səbəblərdən ümumilikdə yeddi futbolçunun xidmətindən yararlana bilməyəcək. 

Co Qomes, Aleksander İsak, Konor Bredli, Stefan Baytçetiç, Federiko Kyeza və Covanni Leoni zədə səbəbindən matçı buraxacaqlar. Komandanın aparıcı müdafiəçilərindən olan İbrahima Konate isə atasının ötən həftə vəfat etməsi ilə əlaqədar ailəvi səbəblərdən heyətdə yer almayacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources