EN

Baloğlan Əşrəfovun nəvəsi ilk dəfə EFİRDƏ: məşhur müğənni göz yaşı tökdü - VİDEO

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun nəvəsi ilk dəfə televiziya efirinə çıxaraq duyğusal anlara səbəb olub.

Milli.Az xəbər verir ki, canlı yayım zamanı studiyada xüsusi kövrək atmosfer yaranıb. İlk dəfə efirdə görünən nəvə babasının adını daşıması ilə diqqət çəkib. O, çıxışı zamanı mərhum sənətkarın repertuarından olan məşhur mahnılardan birini səsləndirib. İfa həm studiyada, həm də ekran qarşısında olan izləyiciləri duyğulandırıb.

Bu anlarda studiyada qonaq olan müğənni Nazənin Salayeva göz yaşlarını saxlaya bilməyib. O, Baloğlan Əşrəfovun Azərbaycan musiqisindəki əvəzsiz yerindən danışaraq, onun adının nəvəsi tərəfindən yaşadılmasının çox qürurverici olduğunu bildirib.

Veriliş boyu yaşanan emosional anlar sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. İzləyicilər şərhlərdə mərhum sənətkarın xatirəsini ehtiramla anaraq, nəvəsinə dəstək və xoş sözlər yazıblar.

Qeyd edək ki, Baloğlan Əşrəfov  26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. O, doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Musa
Milli.Az

Chosen
64
5
milli.az

6Sources