Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 22 777 nəfər sənəd verib.
KONKRET.az Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən xəbər verir ki, müraciət edənlərin 20 786 nəfəri Azərbaycan bölməsi, 1 991 nəfəri isə rus bölməsi üzrədir.
Qeyd edək ki, magistraturaya sənəd qəbulu 14–26 yanvar tarixlərində aparılıb. Magistraturaya qəbul imtahanının birinci cəhd mərhələsi 15 fevralda keçiriləcək.