EN

Bakı klubunda 2 oyunçusu ilə yollarını ayırdı

Azərbaycan I Liqasında çıxış edən "Səbail"də növbəti ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu iki gənc oyunçusu ilə vidalaşıb. 

Söhbət 20 yaşlı qapıçı Fəyyaz Mehdizadə ilə 19 yaşlı müdafiəçi Murad Fərzəliyevdən gedir.

Hər iki futbolçu "Səbail"in öz yetirməsidir. Lakin onlar bu mövsüm əsas komandanın heyətində debüt şansı qazanmayıblar.

"Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Chosen
45
fanat.az

1Sources